“Fərat qalxanı” çərçivəsində Əl-Babın azad edilməsi əməliyyatı başlayıb | 1news.az | Xəbərlər
Dünya

“Fərat qalxanı” çərçivəsində Əl-Babın azad edilməsi əməliyyatı başlayıb

16:34 - 13 / 11 / 2016
“Fərat qalxanı” çərçivəsində Əl-Babın azad edilməsi əməliyyatı başlayıb

Türkiyə ordusunun dəstəyi ilə keçirilən Suriyada həyata keçirilən “Fərat qalxanı” əməliyyatının növbəti mərhələsi başlayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu gecə saat 02:00 radələrində Türkiyə ordusunun “Fərat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu Əl-Bab şəhərinin İŞİD terror təşkilatından azad edilməsi əməliyyatına start verib.

Buna səbəb PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin Əl-Baba yaxınlaşması olub. Əməliyyata start verən müxalif Azad Suriya Ordusu Hazvan, Süsyan, Aldana, Kıyran, Uglan və Avlan kəndlərini İŞİd-dən alıb. Azad Suriya Ordusunun birlikləri hazırda  Əl-Bab şəhərinin 2 km yaxınlığındadır.

Qeyd edək ki, Əl-Bab İŞİD terror təşkilatının Suriyada Rakka şəhərindən sonra əsas ikinci mərkəzidir. Əl-Bab strateji mövqeyi ilə seçilir. PKK-nın Suriya qolu olan PYD bu şəhəri ələ keçirərək Suriyada elan etdiyi kürd kantonları birləşdirməyə çalışır. Bu kantonlar Türkiyə sərhədində yerləşir. Türkiyə bəyan edib ki, sərhədində terror qurşağının yaranmasına yol verilməyəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, Əl-Babın PYD-nin nəzarətinə keçməsinə imkan verilməyəcək.

1news.az

Paylaş:
497

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər