AFFA Azərbaycan – Almaniya oyununun yerini dəyişdi | 1news.az | Xəbərlər
Futbol

AFFA Azərbaycan – Almaniya oyununun yerini dəyişdi

14:57 - 14 / 11 / 2016
AFFA Azərbaycan – Almaniya oyununun yerini dəyişdi

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacağı dəqiqləşib.

1news.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulsa da, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar BOS-da müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınaraq, Azərbaycan – Almaniya qarşılaşmasının Tofiq Bəhramov adına Respublika stadionunda təşkili qərara alınıb.

Bununla bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb.

Qeyd edək ki,  Azərbaycan – Almaniya oyunu 2017-ci il martın 26-da Bakıda keçiriləcək.

1news.az

Paylaş:
713

Son xəbərlər

Bütün xəbərlər