Təbii qazla təmin olunan abonentlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Təbii qazla təmin olunan abonentlərin sayı açıqlanıb

23:01 - 14 / 11 / 2016
Təbii qazla təmin olunan abonentlərin sayı açıqlanıb

Cari ilin oktyabr ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 806 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 447-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 8 359-u isə regionların payına düşüb.

1news.az-ın məlumatına görə, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1,967,128-ə çatıb.

Oktyabrda əhali sektoru üzrə 199 922 765 kubmetr həcmində təbii qaz satılıb, ödəniş səviyyəsi 107,83 faiz olub. 

Onu da qeyd edək ki, 1 noyabr 2016-cı il tarixə olan məlumata görə, əhali sektoru üzrə 132 877 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub.

Bundan əlavə, qeyri-əhali sektoru üzrə 382 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

1news.az

Paylaş:
567

Son xəbərlər

Bütün xəbərlər