Əliyar Ağayevin “qırmızı” göstərdiyi oyunda Kipr qələbə qazandı | 1news.az | Xəbərlər
Futbol

Əliyar Ağayevin “qırmızı” göstərdiyi oyunda Kipr qələbə qazandı

11:34 - 14 / 11 / 2016
Əliyar Ağayevin “qırmızı” göstərdiyi oyunda Kipr qələbə qazandı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Kipr millisi Cəbəllütariqi qəbul edib.

1news.az-ın məlumatına görə, görüşün baş hakimi FİFA referimiz Əliyar Ağayev olub.

Oyun meydan sahiblərinin 3:1 hesabı qələbəsi ilə başa çatıb.

Ə.Ağayev qarşılaşmanın 80-ci dəqiqəsində qonaqların futbolçusuna ikinci sarı vərəqəni göstərərək meydandan qovub. Meydan sahiblərindən isə iki oyunçuya sarı vərəqə göstərilib.

1news.az

Paylaş:
806

Son xəbərlər

Bütün xəbərlər