Veteranlarımız ABŞ-a dünya çempionatına yollanıblar | 1news.az | Xəbərlər
İdman

Veteranlarımız ABŞ-a dünya çempionatına yollanıblar

23:50 - 16 / 11 / 2016
Veteranlarımız ABŞ-a dünya çempionatına yollanıblar

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında dünya çempionatı keçiriləcək.

1news.az-a Azərbaycan Cüdo Federasiyasından verilən xəbərə görə, noyabrın 18-də start götürəcək yarışa noyabrın 21-də yekun vurulacaq.

Dünya çempionatında 55 ölkədən 966 veteran cüdoçu mübarizə aparacaq.

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə veteranlardan ibarət milli komandamız da Mayamidə keçiriləcək çempionatda iştirak edəcək.

1news.az

Paylaş:
1036

Son xəbərlər

Bütün xəbərlər