Taekvondoçumuz dünya çempionatında bürünc medal qazandı | 1news.az | Xəbərlər
İdman

Taekvondoçumuz dünya çempionatında bürünc medal qazandı

16:19 - 17 / 11 / 2016
Taekvondoçumuz dünya çempionatında bürünc medal qazandı

Kanadanın Burnabı şəhərində gənc taekvondoçular arasında dünya birinciliyi keçirilir.

1news.az-ın məlumatına görə, Azərbaycan yığması yarışda 14 idmançı ilə təmsil olunur.

Belə ki, 102 ölkədən 846 taekvondçunun mübarizə apardığı turnirin ilk günündə komandamız bürünc medal qazanıb.

45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayaz Qəmbərli Nikolas Delayeni (Qvadelupe) 14:0, Omar Şarakini  (Misir) 7:1, Rabil Saqitjanovu (Qazaxıstan) 14:4 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Lakin həmyerlimiz finala gedən yolda Çin Taypeyini təmsil edən Çanq Çenq-Çun səddini keçə bilməyib. O, gərgin keçən döyüşdə qızıl xalla uduzaraq, bürünc medalla kifayətlənib.

Qeyd edək ki, digər idmançılarımız Cavid Məmmədov (48 kq), Mehriban Məmmədova (42 kq) və Aliyə Zeynalova (44 kq) 2-ci mərhələdə uduzublar.

1news.az

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər