Norveç millisi baş məşqçisi ilə yollarını ayırdı | 1news.az | Xəbərlər
Futbol

Norveç millisi baş məşqçisi ilə yollarını ayırdı

09:17 - 17 / 11 / 2016
Norveç millisi baş məşqçisi ilə yollarını ayırdı

Norveç millisinin baş məşqçisi Per Matias Hoqmo istefa verib.

1news.az-ın məlumatına görə, bu barədə Norveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Hoqmo baş məşqçi postundan cari seçmə mərhələdəki uğursuz nəticələrdən sonra ayrılıb.

57 yaşlı mütəxəssis 2013-cü ildən Norveç millisini çalışdırırdı.

Qeyd edək ki, Norveç millisi DÇ-2018-in seçmə mərhələsində yığmamızla birgə C qrupunda yer alıb. Qrupda keçirdiyi 5 oyundan birində qalib gələn, dördündə uduzan skandinaviyalılar turnir cədvəlində 5-ci yerdədir.

1news.az

Paylaş:
660

Son xəbərlər

Bütün xəbərlər