Türkiyə ABŞ-dan 24 F-35 qırıcısı alacaq | 1news.az | Xəbərlər
Dünya

Türkiyə ABŞ-dan 24 F-35 qırıcısı alacaq

22:35 - 17 / 11 / 2016
Türkiyə ABŞ-dan 24 F-35 qırıcısı alacaq

Ankara 3 il ərzində ABŞ-dan 35 ədəd F-35 qırıcısı almaq niyyətindədir.

1news.az-ın HaberTürk-ə istinadən verdiyi məlumatına əsasən, bu haqda Türkiyənin müdafiə naziri Fikri İşık deyib.

Bundan əvvəl qardaş ölkənin müdafiə sənayesi departamentinin rəhbəri İsmayil Demir Türkiyədə ilk F-35 mühərriklərinin yaradılması, xidmət göstərilməsi və montajı üzrə mərkəzin yaradıldığını bildirib.

Türkiyənin baş naziri Binali Yıldırımın sözlərinə görə, artıq 2018-ci ildə ölkəyə F-35 qırıcılarının ilk partiyası gətiriləcək və onların detallarının yarıdan çoxu burada istehsal ediləcək.

1news.az

 

Paylaş:
787

Son xəbərlər

Bütün xəbərlər