Mahir Şükürov: “Maksimum xal toplamağa çalışacağıq” | 1news.az | Xəbərlər
İdman

Mahir Şükürov: “Maksimum xal toplamağa çalışacağıq”

13:49 - 18 / 11 / 2016
Mahir Şükürov: “Maksimum xal toplamağa çalışacağıq”

“İnter”lə oyundakı qələbəmizin davamını gətirmək istəyirik”.

1news.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Mahir Şükürov deyib.

34 yaşlı müdafiəçi klubun rəsmi saytına açıqlamasında Topaz Premyer Liqasının XII turunun “Sumqayıt”la səfər matçı haqda fikirlərini açıqlayıb: “Sumqayıt”a ilk dövrədə məğlub olmuşduq. Bu baxımdan  qarşıdakı oyunda azarkeşlərimizi sevindirmək istəyirik. Səfər oyunu olmasına baxmayaraq, inanıram ki, onlar bizi tək qoymayacaqlar. Qış fasiləsinə qədər qalan oyunlarımızda maksimum xal toplamağa çalışacağıq”.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu noyabrın 20-də keçiriləcək. Sumqayıt şəhər stadionundakı görüş saat 14:00-da başlayacaq.

1news.az

Paylaş:
830

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər