Litva Rusiyanın NATO üzərinə hərəkətə keçməsi haqda xəbərdarlıq edir | 1news.az | Xəbərlər
Dünya

Litva Rusiyanın NATO üzərinə hərəkətə keçməsi haqda xəbərdarlıq edir

16:08 - 18 / 11 / 2016
Litva Rusiyanın NATO üzərinə hərəkətə keçməsi haqda xəbərdarlıq edir

Litva xəbərdarlıq edib ki, Donald Trump ABŞ prezidenti olmasından bir neçə həftə əvvəl Rusiya prezidenti Vladimir Putin NATO-nu sınaqdan keçirə bilər.

1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, xarici işlər naziri Linas Linkevicius deyib ki, o Baltikyanı dövlətlər və Suriyanın Hələb şəhəri üçün "çox qorxur".

Vaxtilə Sovetlər Birliyinin tərkibində olan Litva indi həm NATO, həm də Avropa İttifaqı üzvüdür. Ölkənin Rusiya ilə birbaşa quru sərhəddi var.

Burda əsas narahatlıq ondan ibarətdir ki, ABŞ Rusiyanı potensial tərəfdaş kimi görmək istəyir və rəsmi Moskvanın hərbi təhlükəsi ilə bağlı Qərbi Avropanın baxışlarını bölüşməyə həvəsli deyil.

Litva xarici işlər naziri BBC-yə müsahibəsində deyib: "Rusiya super güc deyil, o super problemdir."

Rusiya isə təkid edir ki, bu, təhlükə deyil və NATO-nu qərbdə, Rusiya sərhədlərinə hərbi qüvvələri yeridərək regional təzyiq yaratmaqda məsul olduğunu iddia edir.

Cənab Linkevicius deyib ki, seçilmiş prezident Donald Trump-ın yanvarda baş tutacaq innaqurasiyasına qədər olan zaman kəsiyini cənab Putin tərəfindən Qərb alyansının diplomatik qətiyyətini və hərbi hazırlıq səviyyəsini yoxlamaq üçün bir şans kimi görmə təhlükəsi var.

"Yeni rəhbərlik yanvarın ikinci yarısına qədər hakimiyyətə gəlmir", o deyib. "Mən bu zaman kəsiyinə yalnız onların bizə yaxın olduğuna görə qorxu və ya narahatlıq keçirmirəm, həm də ümid edirəm ki, o vaxta qədər Hələb şəhəri yer üzündən silinməyəcək."

Litva rəsmi Moskvanın Kalininqraddakı hərbi bazasını yenidən təchiz etməsini və gücləndirməsini həyəcan siqnalı kimi qeyd edir.

25 il bundan əvvəl, Vilnusda baş qaldıran sülh mitinqini dağıtmaq üçün Moskva ora öz tanklarını yeritmişdi.

Avropada isə söhbətlər gedir ki, Donald Trump kontingentin siyasəti ilə bağlı "təlim" edilməyə ehtiyacı var. Lakin Litva rəsmiləri daha nəzakətli davranıb və bildiriblər ki, onlar cənab Trump-ın tezliklə oz administrasiyasını yaradacağına və Rusiyanı potensial tərəfdaşdan daha çox təhlükə olması fikirlərini bölüşəcəyinə ümid edirlər.

1news.az

Paylaş:
693

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər