“Neftçi” brazilyalı futbolçu ilə yollarını ayırdı | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” brazilyalı futbolçu ilə yollarını ayırdı

17:35 - 18 / 11 / 2016
“Neftçi” brazilyalı futbolçu ilə yollarını ayırdı

“Neftçi” klubu futbolçusu Denilsonla icarə  müqaviləsinə xitam verib.

1news.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub. 

Braziliyalı hücumçu müqavilə ilə məxsus olduğu İspaniyanın “Qranada” klubuna qayıdıb.

Qeyd edək ki, mövsümlərarası fasilədə “Neftçi”nin heyətinə cəlb edilən Denilson Pereyra Topaz Premyer Liqasında keçirdiyi 9 oyunda 1 qola imza atıb.

1news.az

Paylaş:
669

Son xəbərlər

Bütün xəbərlər