Türkiyədə mədən çöküb: 3 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə mədən çöküb: 3 nəfər ölüb

09:52 - 18 / 11 / 2016
Türkiyədə mədən çöküb: 3 nəfər ölüb

Türkiyənin Siirt vilayətinin Şirvan rayonunda yerləşən mis mədənində çökmə baş verib.

Rəsmi məlumata görə, işçilərdən torpaq altında qalanlar var. Onlardan hələlik 3 nəfərin cəsədi çıxarılıb.

Hadisə yerinə çoxlu sayda xilasedici və təcili tibbi yardım maşını cəlb olunub.

Baş nazir BinəliYıldırım hadisə ilə bağlı müvafiq nazirlərə göstəriş verib.

TRThaber

Paylaş:
1335

Son xəbərlər

Bütün xəbərlər