Lavrov və Kerri Hələbdəki vəziyyəti müzakirə ediblər | 1news.az | Xəbərlər
Dünya

Lavrov və Kerri Hələbdəki vəziyyəti müzakirə ediblər

23:05 - 18 / 11 / 2016
Lavrov və Kerri Hələbdəki vəziyyəti müzakirə ediblər

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

Söhbət ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub:

“Ötən gün Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatının forumu çərçivəsində baş tutan danışıqların davamı olaraq Suriya böhranı, o cümlədən Hələbin şərq hissəsindəki vəziyyət müzakirə olunub”, - deyə məlumatda qeyd edilir.

1news.az

Paylaş:
670

Son xəbərlər

Bütün xəbərlər