“Barselona” iki futbolçusunu cərimələdi | 1news.az | Xəbərlər
Futbol

“Barselona” iki futbolçusunu cərimələdi

11:29 - 18 / 11 / 2016
“Barselona” iki futbolçusunu cərimələdi

“Barselona” klubu futbolçuları Arda Turan və  Neymarı cəzalandırıb. 

1news.az-ın məlumatına görə, buna futbolçuların məşqə gecikməsi səbəb olub. Hər iki futbolçuya 200 avro məbləğində pul cəzası kəsilib.

Qeyd edək ki,  baş məşqçi Luis Enrikenin qərarı ilə məşqə və oyuna gecikən futbolçular cərimələnir. Ötən il bu səbəbdən hamıdan çox cərimələnən futbolçu Cerard Pike olmuşdu. Klub ona ümumilikdə 3 min 200 avro cərimə kəsib.

1news.az

Paylaş:
608

Son xəbərlər

Bütün xəbərlər