OPEK-dən İrana təklif | 1news.az | Xəbərlər
Dünya

OPEK-dən İrana təklif

23:26 - 18 / 11 / 2016
OPEK-dən İrana təklif

OPEK üzv ölkələri İrana neft hasilatını sutkada 3,92 milyon barrel həcmində məhdudlaşdırmağı təklif edib.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu təklif OPEK-in bir sıra üzv ölkələrinin nazirlərinin görüşü zamanı səsləndirilib.

İclasda İranın neft naziri iştirak etməyib və bu təkliflə bağlı rəsmi Tehranın cavabı məlum deyil.

Daha əvvəl İran neft nazirinin müavini ölkənin neft hasilatını 2020-ci ilədək sutkada 5,7 milyon barrel həcminədək artırmağı planlaşdırdığını bəyan etmişdi.

1news.az

Paylaş:
802

Son xəbərlər

Bütün xəbərlər