“Lukoyl” Azərbaycandakı layihələri hesabına qaz hasilatını artırıb | 1news.az | Xəbərlər
Dünya

“Lukoyl” Azərbaycandakı layihələri hesabına qaz hasilatını artırıb

23:47 - 18 / 11 / 2016
“Lukoyl” Azərbaycandakı layihələri hesabına qaz hasilatını artırıb

Cari ilin 9 ayı ərzində “Lukoyl”un qaz hasilatı 2 faiz artaraq 15,2 milyard kubmetrə çatıb.

1news.az “Report”a istinadən xəbər verir ki, şirkətin məlumatına görə, hasilat dinamikasına Azərbaycan, Qazaxıstan və Özbəkistandakı layihələrin inkişafı müsbət təsir göstərib.

Buna baxmayaraq, şirkətin neft hasilatı ötən ilin analoji dövrü ilə müqayisədə 7,9 faiz azalaraq 69,3 milyon ton təşkil edib.

1news.az

Paylaş:
901

Son xəbərlər

Bütün xəbərlər