AFFA-dan klublara sərt xəbərdarlıq: Ciddi sanksiyalar olacaq | 1news.az | Xəbərlər
Futbol

AFFA-dan klublara sərt xəbərdarlıq: Ciddi sanksiyalar olacaq

12:11 - 18 / 11 / 2016
AFFA-dan klublara sərt xəbərdarlıq: Ciddi sanksiyalar olacaq

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiya nəticəsi şübhə doğuran oyunlarla əlaqədar araşdırmalarını davam etdirir.

1news.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, komissiyanın qərarına əsasən Birinci Divizion komandaları arasında bu gün keçiriləcək oyunlara nəzarəti daha da gücləndirmək məqsədilə hakimlər komandalara bu barədə də ciddi tapşırıqlar verəcək.

Belə ki, oyundan əvvəl hakimlər məşqçilər və  futbolçularla görüşərək komissiyanın tapşırıqlarını onların nəzərinə çatdıracaq.

Komissiya tərəfindən bu istiqamətdə aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə  təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

1news.az

Paylaş:
722

Son xəbərlər

Bütün xəbərlər