“Qəbələ”dən növbəti qələbə | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ”dən növbəti qələbə

17:15 - 19 / 11 / 2016
“Qəbələ”dən növbəti qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.

1news.az xəbər verir ki, açılış oyununda "Qəbələ" "Zirə"ni qəbul edib.

52-ci dəqiqədə Filip Ozobiç uzaq məsafədən dəqiq zərbə ilə oyunda yeganə qolun müəllifi olub - 1:0.

"Qəbələ" minimal hesablı qələbə sayəsində xallarını 28-ə çatdırıb və liderliyini davam etdirib.

Bu gün saat 18:00-da daha bir qarşılaşma baş tutacaq. "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq.

Turun daha 2 görüşü noyabrın 20-də olacaq. "Sumqayıt" "Neftçi"ni, "İnter" AZAL-ı qəbul edəcək.

1news.az

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər