Ərdoğan NATO-ya xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan NATO-ya xəbərdarlıq edib

16:31 - 20 / 11 / 2016
Ərdoğan NATO-ya xəbərdarlıq edib

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hərbi çevriliş cəhdində iştirakda şübhəli sayılan türkiyəli hərbçilərlə balı NATO-ya xəbərdarlıq edib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, R. T. Ərdoğan deyib ki, Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqəli olan hərbçilərin, terrorçuların NATO-nun strukturlarında çalışması, yaxud NATO tərəfindən onlara sığınacaq verilməsi yolverilməzdir.

R. T. Ərdoğan terrorçuluqda günahlandırılan  və NATO-dan sığınacaq istəyən türkiyəli zabitlərin ekstradisiya olunmasını tələb etdiklərini vurğulayıb.

Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq ötən gün bildirib ki, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra NATO-nun müxtəlif strukturlarında çalışan Türkiyə ordusunun bir neçə zabiti sığınacaq istəyib.

1news.az

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər