Trampın Pentaqon rəhbəri postuna namizədi məlum olub | 1news.az | Xəbərlər
Dünya

Trampın Pentaqon rəhbəri postuna namizədi məlum olub

19:43 - 20 / 11 / 2016
Trampın Pentaqon rəhbəri postuna namizədi məlum olub

Bu gün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Pentaqon rəhbəri postuna namizəd kimi Dəniz Piyadaları Korpusunun generalı Ceyms Mettisi düşündüyünü təsdiqləyib.

1news.az APA-ya istinadən xəbər verir ki, D. Tramp bu barədə “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

D. Tramp Pentaqon rəhbəri kimi düşündüyü C. Mettislə dünən keçirdiyi görüşün onda böyük təəssürat yaratdığını bildirib.

Qeyd edək ki, D. Tramp bundan öncə C. Mettisin Pentaqon rəhbəri postuna namizədliyi barədə düşünəcəyini bəyan etmişdi. D. Tramp dünən C. Mettis ilə keçirdiyi görüşdən əvvəl ona  müdafiə naziri postunu təklif  edib-etməyəcəyi barədə suala da konkret cavab verməmiş, bu məsələyə baxacağını bildirmişdi.

1news.az

Paylaş:
751

Son xəbərlər

Bütün xəbərlər