Rusiyaya ticarət üçün gedən azərbaycanlının avtomobili yandırılıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyaya ticarət üçün gedən azərbaycanlının avtomobili yandırılıb

20:10 - 20 / 11 / 2016
Rusiyaya ticarət üçün gedən azərbaycanlının avtomobili yandırılıb

Azərbaycandan ticarət etmək üçün Rusiyanın Arxangelsk şəhərinə gedən şəxsin furqon avtomobili yandırılıb.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə gecə saat 04:00 radələrində şəhərin Lomonosov prospektində, mərkəzi bazar yaxınlığında baş verib.

Hadisə yerində aparılan müayinə zamanı məlum olub ki, “Ford Tranzit”in sağ şüşəsi sındırılıb, yanğın salonun ön hissəsində baş verib. Alov yaxınlıqdakı “Nissan Qashqai”yə də keçib. “Ford”a ciddi ziyan dəyib.

1news.az

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər