Kamran Ağayevin komandası kubokla vidalaşdı | 1news.az | Xəbərlər
Futbol

Kamran Ağayevin komandası kubokla vidalaşdı

10:11 - 21 / 11 / 2016
Kamran Ağayevin komandası kubokla vidalaşdı

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” bu gün növbəti oyununa çıxıb.

1news.az-ın məlumatına görə, Portuqaliya kubokunun 1/16 finalında onların rəqibi “Vitoriya Guimaraeş” komandası olub.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. 90+1-ci dəqiqədə “Boavişta” azlıqda qalıb. 119-cu dəqiqədə “Vitoriya Guimaraeş” qələbə qolunu vurub. 

Kamran Ağayev bu oyunda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Emin Mahmudov isə matçı ehtiyat oyunçular skamyasından izləyib.

1news.az

Paylaş:
911

Son xəbərlər

Bütün xəbərlər