Dünyanın ən balacaboy cütlüyü evlənib – FOTO | 1news.az | Xəbərlər
Dünya

Dünyanın ən balacaboy cütlüyü evlənib – FOTO

10:45 - 21 / 11 / 2016
Dünyanın ən balacaboy cütlüyü evlənib – FOTO

Braziliyadan olan Paulu Qabriel da Silva Barruş və Katyusiya Li Xoşino dünyanın ən balacaboy cütlüyüdür. Onların boylarının ümumilikdə cəmi 181,41 sm-dir.

Cütlük səkkiz il bərabərlikdən sonra münasibətlərini Londonda rəsmiləşdirib.

“Ümid edirik ki, yeni rekordumuz bütün dünyaya insanların fiziki görkəminə fikir verməyərək hamıya eyni yaşamaq çağırışı olacaq”, - deyə yeni evlənən cütlük bildirib.

Qeyd edək ki, noyabrın 17-də Ümumdünya Ginnesin Rekordlar Günü idi. Braziliyalılar həmin günü yeni rekorda imza atıb. Belə ki, daha əvvəllər onlar dünyanın ən alçaqboylu insanları idisə, indi isə dünyanın ən alçaqboylu evli cütlüyü hesab olunur.

S.Xankişiyeva

Paylaş:
5156

Son xəbərlər

Bütün xəbərlər