Mərhum prezidentin qızı zəhərlənərək öldürülüb | 1news.az | Xəbərlər
Dünya

Mərhum prezidentin qızı zəhərlənərək öldürülüb

16:36 - 22 / 11 / 2016
Mərhum prezidentin qızı zəhərlənərək öldürülüb

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın ölüm xəbəri yayılıb.

1news.az-ın newsru-ya istinadla verdiyi xəbərə görə, adını gizli saxlayan Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı iddia edir ki, 44 yaşlı Gülnarə Kərimova noyabrın 5-i zəhərlənərək öldürülüb və elə həmin gecə Daşkənddə yerləşən “Minor” qəbristanlığında dəfn edilib.

Dəfndə şəxsən iştirak etdiyini deyən mənbənin sözlərinə görə, məzarın üstü torpaqla örtülərək gizlədilib.

Artıq sosial mediada G.Kərimovanın ölüm xəbəri yayılmağa başlayıb. Twitterdə “Gülnarəni göstərin” adlı hesab jurnalistlərə, beynəlxalq ekspertlərə, Mərkəzi Asiyada ixtisaslaşan jurnalistlərə müraciət edərək Kərimova barədə dəqiq məlumat istəyir və Gülnarənin ən azından video müraciət etməsini tələb edir.

Xəbər ətrafındakı müəmma bununla da bitmir. Belə ki, ölüm xəbərindən qısa müddət sonra Twitterdə Gülnarə Kərimovanın adına olan hesab açılıb və köhnə fotolar yeni çəkilimiş kimi paylaşılmağa başlanıb. Aktivlik göstərən hesab sahibi hər kəsi inandırmağa çalışıb ki, Gülnarədir və ölməyib.

Ölkənin yerli mətbuat qurumlarında biri yayılan xəbərlərlə bağlı Nazirlər Kabinetinə sorğu göndərib. Sorğunu prezident səlahiyyətlərini icra edən Şavkat Mirziyayev cavablandıraraq bildirib ki, onlara G. Kərimovanın taleyi barədə heç nə məlum deyil. Mirziyayev onu da əlavə edib ki, ölüm barədə xəbərlər heç məişət səviyyəsində belə yayılmayıb.

1news.az

Paylaş:
511

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər