Bakı “İnter”nin futbolçularını daşıyan avtobus yandı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Bakı “İnter”nin futbolçularını daşıyan avtobus yandı – FOTO – VİDEO

12:56 - 24 / 11 / 2016
Bakı “İnter”nin futbolçularını daşıyan avtobus yandı – FOTO – VİDEO

Bu gün səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində mikroavtobus yanıb.

1news.az “ARB Şimal”a istinadən xəbər verir ki, “İnter” futbol klubunun müxtəlif yaş qruplarında çıxış edən, Xaçmaz rayonundan olan futbolçularını aparan “27 BO 154” dövlət nömrə nişanlı “QAZel” markalı mikroavtobus qəfildən alışıb.

Uşaqların məşqçisi Zöhrab Mahmudovun verdiyi məlumata görə, maşında olan 20 nəfər futbolçudan xəsarət alan olmayıb. Mikroavtobusa tüstü dolmağa başlayan kimi futbolçular avtomobildən düşürülüb.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub, yanğın söndürülüb.

1news.az

 

Paylaş:
844

Son xəbərlər

Bütün xəbərlər