Azad Rəhimov: Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına uğurla ev sahibliyi edir | 1news.az | Xəbərlər
İdman

Azad Rəhimov: Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına uğurla ev sahibliyi edir

14:30 - 25 / 11 / 2016
Azad Rəhimov: Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına uğurla ev sahibliyi edir

Noyabrın 25-də Bakıda ilk dəfə təşkil edilən Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən gənclər və idman naziri Azad Rəhimov 89 ölkənin 200-dən çox nümayəndəsini Bakıda salamlayıb.

Nazir idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib: “Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına uğurla ev sahibliyi edir. Ölkəmiz “Bakı-2015” birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdi. Oyunlarda 350-dən çox idmançının qatıldığı kayak və kanoe yarışları böyük marağa səbəb oldu. Bundan başqa, “Formula-1” üzrə Avropa Qran-prisi bütün dünyanın diqqətini Azərbaycana yönəltdi. Gələn il ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir. Oyunlar zamanı kayak və kanoe yarışlarının keçirildiyi Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzini xüsusi qeyd etmək istərdim. Bu idman qurğusunun ölkəmizdə avarçəkmənin inkişafında böyük rolu var. İdmançılarımız 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında həm kişilər, həm də qadınlar arasında kanoe və kayak yarışlarında uğurlu nəticələr göstəriblər. Onların gümüş və bürünc medal qazanmalarını fəxrlə qeyd edərdim”.

A.Rəhimov İCF-in XXXVI Konqresinin Bakıda keçirilməsi üçün Azərbaycana etimad göstərdiyinə görə ali qurumun rəhbərliyinə minnətdarlığını bildirib və konqresin işinə uğurlar arzulayıb.

Daha sonra İCF prezidenti Xose Perurena Lopez hesabat xarakterli çıxış edib. O, ötən müddətdə görülmüş işlərdən, yeni kanoe növlərinin Yay Olimpiya Oyunlarının proqramına salınma perspektivindən danışıb. İspaniyalı funksioner bu sırada sakit sularda kanoenin (wildwater) də 2024-cü il olimpiadasının proqramında yer almasının mümkünlüyünü vurğulayıb.

Qeyd edək ki, konqresin proqramına, əsasən, İCF prezidenti, vitse-prezidentləri, kanoe-sprint, kanoe-slalom, kanoe-marafon və digər növlər üzrə sədrlərin, ayrı-ayrı qitələr üzrə nümayəndələrin seçkisi daxildir.

Bundan başqa, İCF-in 2016-2020-ci illər üçün İnkişaf Proqramının həyata keçirilməsi üzrə hesabatı dinləniləcək, həmin illərdə qarşıya qoyulmuş hədəflər, Direktorlar Şurası, İcraiyyə Komitəsi və milli federasiyaların bütün təklifləri müzakirə olunacaq, federasiya nümayəndələrinin görülən işlərlə bağlı məruzə və hesabat xarakterli, xəzinədarın 2014-2016-cı illərdə maliyyə uğurları və problemlərlə bağlı çıxışı olacaq, qarşıdakı 2 il üçün İCF-in iş proqramı və büdcəsi müzakirə və təsdiq ediləcək, 2016-2018-ci illəri əhatə edən dövr üçün növbəti Konqresin tarixi və yeri müəyyənləşdiriləcək.

1news.az

Paylaş:
649

Son xəbərlər

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:3831 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09
Bütün xəbərlər