Əliyar Ağayev Avropa Liqasında: Penalti, 6 sarı və 1 qırmızı vərəqə - VİDEO | 1news.az | Xəbərlər
İdman

Əliyar Ağayev Avropa Liqasında: Penalti, 6 sarı və 1 qırmızı vərəqə - VİDEO

17:56 - 25 / 11 / 2016
Əliyar Ağayev Avropa Liqasında: Penalti, 6 sarı və 1 qırmızı vərəqə - VİDEO

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avroliqada növbəti oyunu idarə edib.

1news.az-ın məlumatına görə, 29 yaşlı referi Avropa Liqasının qrup mərhələsində keçirilən “Şalke” – “Nitsa” oyununun (2:0) baş hakimi olub.

Əliyar Ağayevin bu oyunda işi çox olub. O,  qarşılaşmanın 80-ci dəqiqəsində, hesab 1:0 olarkən qonaqların qapısına penalti təyin edib ki, almanlar da bu şansdan məharətlə yararlanıblar. Referimiz 6 sarı vərəqəyə əl atıb ki, onlardan üçü meydan sahiblərinə, dördü qonaqlara göstərilib. Meydan sahiblərinin bir üzvü isə 90+3-cü dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulub.

1news.az

Paylaş:
838

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər