Türkiyədə İŞİD əleyhinə əməliyyat: aralarında 2 azərbaycanlının da olduğu 25 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə İŞİD əleyhinə əməliyyat: aralarında 2 azərbaycanlının da olduğu 25 nəfər saxlanılıb

22:06 - 25 / 11 / 2016
Türkiyədə İŞİD əleyhinə əməliyyat: aralarında 2 azərbaycanlının da olduğu 25 nəfər saxlanılıb

Türkiyədə İŞİD əleyhinə xüsusi əməliyyat keçirilib.

1news.az Report-a istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi tərəfindən Qaziantepdə, Şanlıurfada və Aydında İŞİD üzvü olmaqda şübhəli bilinən 25 nəfər saxlanılıb.

Onlardan 12-si Rusiya, 2-si Azərbaycan, 2-si Özbəkistan və 1-i Tacikistan vətəndaşlarıdır. Saxlanılanlardan çoxlu sayda silah, müxtəlif hərbi formalar, ağrıkəsici və narkotik tərkibli dərmanlar, müxtəlif dillərdə yazılmış təşkilati sənədlər müsadirə edilib.

1news.az

Paylaş:
1031

Son xəbərlər

Bütün xəbərlər