“Araz” Rusiya klubuna da məğlub oldu | 1news.az | Xəbərlər
Futbol

“Araz” Rusiya klubuna da məğlub oldu

10:30 - 25 / 11 / 2016
“Araz” Rusiya klubuna da məğlub oldu

Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində Azərbaycan çempionu “Araz” ikinci oyununu keçirib. 

1news.az-ın məlumatına görə, təmsilçimiz Xorvatiyanın Zaqreb şəhərindəki Dom Sportova idman kompleksində Rusiyanın “Uqra” klubu ilə qarşılaşıb və 0:4 hesabı ilə uduzub.

“Dördlər finalı”na hər qrupdan sadəcə liderlər yüksəldiyi üçün komandamız bu şansı əldən verib və turnirlə erkən vidalaşmalı olub.

Qeyd edək ki, “Araz”ın “Hamburq”la qarşılaşacağı son oyun formal xarakter daşıyacaq.

 

UEFA kuboku, elit raund

B qrupu

II tur

24 noyabr

“Araz” (Azərbaycan) - “Yuqra” (Rusiya) - 0:4

Qollar: Eder Lima, 9:59, Marseniya, 27:12, Çişkala, 31:57, Kayo, 33:28

1.

Yuqra

2

2

0

0

8:0

6

2.

Nasional

1

1

0

0

2:1

3

3.

Hamburq

1

0

0

1

0:4

0

4.

Araz

2

0

0

2

1:6

0

 

1news.az

Paylaş:
694

Son xəbərlər

Bütün xəbərlər