Çavuşoğlunun İrana qəfil səfəri - FOTO | 1news.az | Xəbərlər
Dünya

Çavuşoğlunun İrana qəfil səfəri - FOTO

19:24 - 26 / 11 / 2016
Çavuşoğlunun İrana qəfil səfəri - FOTO

Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu gözlənilmədən Tehrana səfər edib.

1news.az APA-ya istinadən xəbər verir ki, M. Çavuşoğlu İran prezidenti Həsən Ruhani ilə görüşüb.

Sonra M. Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

Görüşdə M. Çavuşoğlunun ikitərəfli əlaqələrin inkişafı, regiondakı münaqişələr, o cümlədən Suriya böhranı müzakirə olunub.

Qeyd edək ki, bu, Türkiyədə baş vermiş 15 iyul hadisələrindən sonra M. Çavuşoğlunun Tehrana ikinci səfəridir. M. Çavuşoğlunu səfərdə Türkiyənin təhlükəsizlik naziri müşayiət edir.

1news.az

Paylaş:
880

Son xəbərlər

Bütün xəbərlər