Ruhani Türkiyəyə çağırış etdi | 1news.az | Xəbərlər
Dünya

Ruhani Türkiyəyə çağırış etdi

20:18 - 26 / 11 / 2016
Ruhani Türkiyəyə çağırış etdi

İran prezidenti Həsən Ruhani Yaxın Şərqdəki problemlərin nizamlanması üçün Tehran-Ankara münasibətlərinin inkişaf etdirilməsinin vacib olduğunu bildirib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə H.Ruhani Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşündən sonra bildirib:

“Regionda vəziyyətin stabil olmadığı bir vaxtda yekdillik, əməkdaşlığın inkişafı və Tehranla Ankara arasındakı təmaslar bölgədəki problemlərin həlli üçün çox faydalı ola bilər”, - deyə Ruhani bildirib.

İran prezidenti vurğulayıb ki, bölgə ölkələrinin əməkdaşlığı Suriya və İraqdakı böhranların nizamlanması, habelə bu ölkələrdə terrorla mübarizə üçün çox gərəkdir.

1news.az

Paylaş:
895

Son xəbərlər

Bütün xəbərlər