Dünyanın ən çətin adam adı: söyləyəndə dil dolaşır – VİDEO
Dünya millətləri içində olduqca qəribə adlar var ki, ya onların heç bir mənası yoxdur, ya da hansısa alətlərdən, hadisələrdən və anlaşılmayan qəribə hadisələrdən götürülür.
1news.az xəbər verir ki, belə insanlar arasında afrikalılar xüsusilə diqqət çəkir.
3-4, bəzən daha çox hissələri olan adlar qoyan afrikalılar, bu adları səsləndirən zaman hətta özləri də çətinlik çəkirlər.
Bu günlərdə sosial şəbəkədə yayılan bir videoda adı Uvuvwevwevwe Onyetenyevwe Ugwemubwem Ossas olan bir afrikalının videosu yayılıb. Həmin adam öz adını bir neçə dəfə səsləndirsə də, ondan adını soruşan şəxs heç nə başa düşməyib və adını təkrarlamağını istəyib.
Həmin görüntünü təqdim edirik:
Qeyd edək ki, Azərbaycanda da son illərə qədər uşaqlara heyvan, əşya, kənd təsərrüfatı alətlər, hətta meyvə-tərəvəz və digər qəribə adlar qoyulurdu. Bu məsələ qanunveriliciklə nizamlandıqdan sonra, artıq uşaqlara elə qəribə adların qoyulmasına icazə verilmir.
Fərid Ədalət