Moskvada bazarda qarşıdurma: polis azərbaycanlıları həbs etmək istəyib | 1news.az | Xəbərlər
Dünya

Moskvada bazarda qarşıdurma: polis azərbaycanlıları həbs etmək istəyib

22:38 - 29 / 11 / 2016
Moskvada bazarda qarşıdurma: polis azərbaycanlıları həbs etmək istəyib

Moskvadakı Çeremuşkinski bazarında bu gün soyuq və travmatik silahın tətbiqi ilə müşayiət olunan kütləvi qarışıqlıq olub.

1news.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə “Vzqlyad” qəzeti Rusiya paytaxtının hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Şəxsi mühafizə müəssisəsinin əməkdaşları əsasən Azərbaycandan gəlmiş onlarla ticarətçini ərazidən çıxarmağa cəhd ediblər. Amma fəal kütləvi etirazla qarşılaşıblar”, - deyə mənbə nəşrə bildirib.

İlkin məlumatlara görə, iki nəfər xəsarət alıb. Onların xəstəxanaya yerləşdirildikləri bildirilir.

1news.az

Paylaş:
679

Son xəbərlər

Bütün xəbərlər