Tramp məşhur bloqçunu məhkəməylə hədələdi - VİDEO
“YouTube”un məşhur bloqçularından olan Ceyms Hanter ABŞ-ın yeni prezidenti Donald Trampın 10 yaşlı oğlu Berronla bağlı video hazırlayaraq onun autizm xəstəsi olduğunu diqqətə çatdırıb.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, birinci xanım Melaniya Tramp bloqçunu məhkəməyə verəcəyi ilə hədələyib.
Nəşrin məlumatına görə, Melaniya Tramp oğlu ilə bağlı videonun internetdən silinməyini və onu yayan şəxsin üzr istəməyini tələb edib.
Qeyd olunur ki, autizm xəstəliyi barədə maarifləndirmə məqsədilə yayımlanan və Berronda bu xəstəliyin bir neçə əlamətinin olduğu bildirilən video 4 milyondan çox insan tərəfindən izlənilib.
Qarşı tərəf isə vurğulayıb ki, video ilə Berronu incitmək istəməyib, sadəcə bütün cəmiyyətin diqqətini bu problemə yönəltmək istəyib.
1news.az