Türkiyə parlamenti Rusiyanın qaz borusu layihəsini dəstəklədi | 1news.az | Xəbərlər
Dünya

Türkiyə parlamenti Rusiyanın qaz borusu layihəsini dəstəklədi

23:51 - 29 / 11 / 2016
Türkiyə parlamenti Rusiyanın qaz borusu layihəsini dəstəklədi

Türkiyə parlamentinin xarici əlaqələr komissiyası “Türk axını” qaz borusunun tikintisinə dair qanun layihəsini dəstəkləyib.

1news.az APA-ya istinadən xəbər verir ki, Rusiya-Türkiyə sazişinin ratifikasiyası haqqında qanun layihəsinin baş nazir Binəli Yıldırımın Moskvaya səfəri ərəfəsində təsdiqlənəcəyi gözlənilir.

Xatırladaq ki, B.Yıldırımın 6-7 dekabr tarixlərində Rusiyaya səfəri planlaşdırılıb.

Layihə 2019-cu ilədək magistral qaz borusunun Qara dənizin dibi ilə iki xəttinin tikintisini nəzərdə tutur. Onlardan biri Türkiyə bazarı, digəri isə Türkiyə ərazisi üzərindən Avropa ölkələri üçün nəzərdə tutulub. Xəttin hər birinin ötürmə gücü 15,75 mlrd. kubmetr təşkil edəcək.  

Qeyd edək ki, Rusiya 2014-cü ilin dekabrında Aİ-nin mövqeyi səbəbindən “Cənub axını” qaz borusu layihəsindən imtina edib.

“Türk axını” layihəsi isə Rusiyaya məxsus “SU-24” təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra dondurulmuşdu. Türkiyə tərəfi bu ilin iyulunda insidentə görə üzrxahlıq etdikdən sonra danışıqlar bərpa edilib.

1news.az

Paylaş:
569

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər