2016-cı ilin ən yaxşı ixtiraları - FOTO | 1news.az | Xəbərlər
Dünya

2016-cı ilin ən yaxşı ixtiraları - FOTO

19:35 - 01 / 12 / 2016
2016-cı ilin ən yaxşı ixtiraları - FOTO

Nüfuzlu "Time" jurnalı 2016-cı ilin ən yaxşı ixtiralarının siyahısını tərtib edib. Siyahıdakı bir çox ixtiraların ideyası fantastik əsərlərdən götürülüb.

1news.az ICTnews-a istinadən xəbər verir ki, "Flyte" levitasiya edən (havada süzən) lampası altlıq və işıq mənbəyindən ibarətdir.

Altlığın daxilində yaranan güclü elektromaqnit levitasiya effektini reallaşdırır. Elektromaqnit sahəsinin yaranması nəticəsində lampa naqilsiz enerji ilə təmin edilir. Qiyməti 349 dollardır.

"Tesla" günəş panellərindən ibarət dam öz görünüşünə görə adi damdan fərqlənmir.

"Nike Hyperadapt 1.0" idman ayaqqabıları qeyri-adi mexanizmdən istifadə nəticəsində öz-özünə bağlanır. İstifadəçi sadəcə pəncəsinin təzyiqi ilə sensoru aktivləşdirməlidir. Xüsusi düymələrin köməyi ilə qaytanlamanın  gücünü tənzimləmək mümkündür. Qiyməti 720 dollardır.

"PlayStation VR" virtual reallıq şlemi – rəqəmli texnologiyalar dünyası ilə tanışlıq üçün tamamilə yeni imkanlar təqdim edir. Qurğu "PlayStation 4" və "PlayStation 4 Pro" konsolları ilə birgə istifadə edilir, qiyməti 400 dollardır.

"Hello Sense" zəngli saatı otaq daxilində temperatur, rütubət, işıqlanma dərəcəsi və havanın keyfiyyətini müəyyənləşdirir, həmçinin sahibinin optimal oyanış vaxtını təmin etmək üçün yuxu dövrlərini izləyir. Qiyməti 149 dollardır.

"Goodyear" şirkəti tərəfindən hazırlanmış "Eagle 360" şinləri istənilən istiqamətdə (yalnız irəli və geri deyil, həm də yanlara) hərəkət edə bilər və maqnit levitasiyasından istifadəyə əsaslanır.

"Quip" diş fırçası istifadəçiyə diş cərgəsinin başqa zonasını təmizləməyi xatırlatmaq üçün hər 30 saniyədən bir titrəyir. Qurğu dişləri düzgün təmizləmək üçün nəzərdə tutulub, qiyməti 25 dollardır.

"Dyson Supersonic" feni verilən havanın temperaturuna nəzarət edir və saçları həddən çox isti havanın arzuolunmaz təsirindən qorumaq məqsədilə saniyədə bir dəfə temperaturu ölçür, həm də səssiz işləyir. "Dyson Supersonic" feninin qiyməti 399 dollardır.

"DJI Mavis Pro" dronu şirkətin istehsal xəttində ən yığcam modeldir. Əsas özəlliyi qatlanan konstruksiya və "4K" təsvir ölçüsünə malik kameradır. Pilotsuz uçan aparat saatda 65 km sürətlə hərəkət edir və akkumulyatorun tutumu təxminən 27 dəqiqəlik uçuş (13 km) həyata keçirməyə imkan verir. Dronun qiyməti 999 dollardır.

"Arc InstaTemp" bədənə toxunmadan temperaturu ölçən termometrdir. Ölçmə 2.5 saniyə vaxt alır, göstərici ekranda əks olunur, həm də təhlükəsizlik indikatoru mövcuddur: yaşıl (normal temperatur), sarı (yüksək) və ya qırmızı (temperaturu aşağı salmaq üçün təcili tədbir görmək lazımdır). Qurğunun adi versiyasının qiyməti 40 dollardır.

"Minimed 670g" – "Medtronic" şirkəti tərəfindən hazırlanmış süni mədəaltı vəzdir. Bu həll diabet xəstələrini müntəzəm olaraq insulin inyeksiyaları etmək ehtiyacından xilas edəcək. Hər 5 dəqiqədən bir qanda hormonun səviyyəsini ölçən süni mədəaltı vəz qanı lazımi miqdarda insulinlə təmin edir. 2017-ci ildə sözügedən qurğunun satışına başlanılacaq.

Çin Milli Kosmik Agentliyi tərəfindən hazırlanmış "Tiangong-2" stansiyası qeyri-rəsmi "Cənnət sarayı" adlandırılır. Uzunluğu 10 metr və eni 4 metr olan stansiya kosmik laboratoriya rolunu yerinə yetirəcək.

Karlos Arturo Torres tərəfindən hazırlanmış "IKO" əl protezi itirilmiş əl funksiyasını yerinə yetirəcək. Protezin özəlliyi odur ki, oyun əlavələri uşağa özünü super qəhrəman kimi hiss etməyə imkan verir.

"UNICEF Kid Power Band" adlı "ağıllı" bilərziyin qiymətinin 40 dollar olmasına baxmayaraq, çox mühüm missiyanı yerinə yetirir. Birincisi, bilərzik uşaqları daha çox hərəkət etməyə məcbur edir və buna görə mobil proqramda onlara bal əlavə edilir. İkincisi, "UNICEF" bilərziyin satışından toplanılan məbləğlə aclıqdan ölən insanlara dəstək olub. Bu isə planetin 30 mindən çox sakinini xilas etməyə imkan verib.

"Apple AirPods" simsiz qulaqlıqları indiyə qədər satışda yoxdur, amma onu yoxlamış insanların rəyi çox pozitivdir.

1news.az

Paylaş:
2532

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər