Qanunsuz mərc oyunları təşkil edənlər həbs edildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz mərc oyunları təşkil edənlər həbs edildi - FOTO

13:56 - 02 / 12 / 2016
Qanunsuz mərc oyunları təşkil edənlər həbs edildi - FOTO

Vergilər Nazirliyi tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri zamanı Gəncə şəhər sakini, İlqar Abdullayevin fəaliyyət göstərdiyi Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti ev 510A ünvanda yerləşən çayxanada qanunla müəyyənləşdirilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkil olunduğu aşkarlanıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinin qərarı ilə İlqar Abdullayevin fəaliyyət göstərdiyi çayxanada və yaşadığı ünvanda yerləşən mənzilində qanunsuz idman mərc oyunlarının təşkilində istifadə edilən 8 ədəd notebook, xarici internet saytlardan əldə edilmiş və kağızda çap olunmuş idman mərc oyunlarının siyahısı, həmin oyunlara qoyulan proqnozlara görə verilən əmsallar barədə qeydlər aşkarlanaraq götürülüb.

İ.Abdullayev haqda Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə başlanmış cinayət işi başlanıb.

21 noyabr 2016-cı il tarixdə İ.Abdullayevə CM-nin 192-1.3.2-ci maddəsilə ittiham elan edilib və Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa Departamentin İstintaq idarəsi tərəfindən Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən, Rüstəmov Mehman Yavər oğluna məxsus bağ evində axtarış götürmə istintaq hərəkəti apararaq qanunsuz idman mərc oyunlarının təşkilində istifadə edilmiş 5 ədəd faks aparatı, 18 ədəd prosessor, 1 ədəd yaddaş kartı, 8 ədəd printer, 8 ədəd qumar masası, domino daşları, kartlar aşkar edilərək götürülüb.

Mehman Rüstəmov haqda Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə cinayət işi başlanıb.

Ona Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə ittiham elan edilib və Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

1news.az

Paylaş:
746

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər