Canlı yayımda beyin qanaması keçirdi - VİDEO
Oxumağı və yazmağı 62 yaşında öyrəndikdən sonra acı həyat hekayəsini qələmə alan Nazmiye Kocakulak kitabının təqdimatı üçün qatıldığı televiziya proqramında həyəcandan beyin qanaması keçirib.
1news.az oxu.az-a istinadla xəbər verir ki, o, yeni işıq üzü görən “Tek başına” adlı kitabından əldə edəcəyi gəlirlə kiçik bir ev alıb, kirayə yaşamaqdan xilas olmağı, iki əlil uşağına baxmağı ümid etdiyini söyləyib.
Aparıcı Yılmaz Morgülün verilişə qonaq gələn müğənni İbrahim Erkalla birlikdə konsert verəcəyini və əldə edilən gəliri Kocakulağa təqdim edəcəyini söyləməsi ağır tale yolu yaşayan qadını həyəcanlandırıb.
Sevinc və həyəcana dözə bilməyən Kocakulak yayın əsnasında bir anda pisləşərək xəstəxanaya çatdırılıb. Okmeydanı Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilən Kocakulağın beyin qanaması keçirdiyi və sol tərəfinin iflic olduğu təsbit edilib.
O, ikinci beyin qanaması keçirməməsi üçün xəstəxanada müalicə altında saxlanılır.
1news.az