2020-ci ilə kompüter bazarında azalma proqnozlaşdırılır | 1news.az | Xəbərlər
Dünya

2020-ci ilə kompüter bazarında azalma proqnozlaşdırılır

21:23 - 02 / 12 / 2016
2020-ci ilə kompüter bazarında azalma proqnozlaşdırılır

2016-cı ildə qlobal fərdi kompüter (FK) tədarükünün həcmi əvvəl güman edildiyi qədər azalmayacaq. “IDC” şirkətinin analitikləri proqnozu yenidən nəzərdən keçiriblər, indi masaüstü kompüter və noutbukların ümumi tədarük həcmini 258.2 milyon səviyyəsində proqnozlaşdırıblar ki, bu da 2015-ci illə müqayisədə 6.4% azdır.

1news.az ICTnews-a istinadən xəbər verir ki, gözləntilərə görə, yuxarıda qeyd olunan tədarük həcminin 103.5 milyonu və ya 40.1%-i masaüstü kompüter sinfinə aid olacaq, yığcam kompüterlərin payı isə 59.9% və ya 154.7 milyon təşkil edəcək. 2016-cı ildə inkişaf etmiş ölkələrin bazarına ümumilikdə 126.1 milyon FK tədarük olunacaq, inkişaf etməkdə olan ölkələrdə isə bu göstərici 132.1 milyon təşkil edəcək.

Analitiklər proqnoza düzəliş səbəbini üçüncü rübün nəticəsi ilə izah ediblər. 2016-cı ilin iyul-sentyabrında FK tədarükünün 4.6%-lik azalması qeydə alınıb, bu da gözləntiləri 2% ötüb. “IDC” analitik şirkəti ABŞ, Qərbi Avropa və Yaponiyada FK dinamikasının yaxşılaşmasını qeyd ediblər.

Analitiklər 2017-ci ildə FK tədarükünün 2.1% səviyyəsində azalmasını proqnozlaşdırırlar. Gözləntilərə görə, gələn il bazara 154.6 milyon noutbuk və 98.2 milyon masaüstü kompüter tədarük ediləcək.

Yaxın gələcəkdə sabitləşmə tendensiyası saxlanılacaq və 2018-ci ildə biznes istifadəçiləri üçün FK qurğuları üzrə cüzi artım gözlənilir. Artıq cari ildə korporativ sinfə aid noutbuklar üzrə artım proqnozlaşdırılır və 2019-cu ildə bu kateqoriya üzrə artım tempi 3,7% olacaq. 2018-ci ildə biznes masaüstü kompüterlər seqmentində sıfır artım proqnozlaşdırılır. Nəhayət, 2020-ci ilədək istehlak noutbukları və masaüstü kompüterlərin tədarük həcmi cüzi azalacaq.

1news.az

Paylaş:
644

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər