Rusiyada ev yanıb, bir qadın və 3 uşaq ölüb | 1news.az | Xəbərlər
Dünya

Rusiyada ev yanıb, bir qadın və 3 uşaq ölüb

11:00 - 04 / 12 / 2016
Rusiyada ev yanıb, bir qadın və 3 uşaq ölüb

Bu gün səhər Rusiyanın Krasnoyarsk diyarının Taymır rayonunun Karaul qəsəbəsində dörd mənzilli binada yanğın baş verib.

Binanın mənzillərinin birində 27 yaşlı qadın və onun 5 yaşlı oğlunun, digər mənzildə isə 17 yaşlı yeniyetmə oğlan və onun 7 yaşlı bacısının cəsədi aşkarlanıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

APA

Paylaş:
695

Son xəbərlər

Bütün xəbərlər