Medvedev Rusiya və Türkiyə üçün prioritet məsələni açıqlayıb | 1news.az | Xəbərlər
Dünya

Medvedev Rusiya və Türkiyə üçün prioritet məsələni açıqlayıb

23:05 - 06 / 12 / 2016
Medvedev Rusiya və Türkiyə üçün prioritet məsələni açıqlayıb

Ümumi Suriya üzrə vəziyyətin normallaşması Rusiya və Türkiyə üçün prioritet məsələdir və bu bütün regionun xeyrinə olacaq.

1new.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev türkiyəli həmkarı Binəli Yıldırımla görüşündən sonra bildirib.

O, Suriyada vəziyyətin çox gərgin olaraq qaldığını qeyd edib:

“Bununla belə, Rusiyanın mövqeyi ondan ibarətdir ki, Suriya böhranının nizamlanması və ölkənin gələcəyinin müəyyənləşməsi, ilk növbədə, ölkədaxili dialoq əsasında baş verməlidir. Bütün bunlar suriyalıların özlərinin nəzərdə tutduqları və hazırladıqları prosedurların daxilində baş verməlidir”, - deyə Medvedev qeyd edib.

1news.az

Paylaş:
884

Son xəbərlər

Bütün xəbərlər