“Qarabağ” üçün həlledici oyun, “Qəbələ” “Maynts”a qarşı | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” üçün həlledici oyun, “Qəbələ” “Maynts”a qarşı

14:13 - 08 / 12 / 2016
“Qarabağ” üçün həlledici oyun, “Qəbələ” “Maynts”a qarşı

Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.

1news.az-ın məlumatına görə, təmsilçilərimiz “Qarabağ” və “Qəbələ” də qrupda sonuncu oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək.

Ağdam təmsilçisi çətin rəqibinə qalib gəlsə, Azərbaycan futbolu tarixində ilkə imza ataraq, adını 1/16 final mərhələsinə yazdıracaq. Komadamız heç-heçə nəticəsində də istəyinə çata bilər. Bunun üçün  PAOK – “Slovan” oyunu ya bərabərliklə bitməli, ya da Çexiya təmsilçisi qalib gəlməlidir. 

Qrup lideri olan “Fiorentina”ya isə növbəti mərhələyə yüksəlmək üçün 1 xal da kifayət edir. 

Qeyd edək ki, “Qarabağ” Florensiyada keçirilən oyunda bu rəqibinə 1:5 hesabı ilə uduzub.

 

Avropa Liqası, qrup mərhələsi

VI tur, 8 dekabr

J qrupu

20:00. “Qarabağ” – “Fiorentina” (İtaliya)

Baş hakim: İvan Bebek

Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç

Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Qoran Qabrilo

Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)

Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)

UEFA nümayəndəsi: Mihael Zoratti (Avstriya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 

1.

Fiorentina

5

3

1

1

13:5

10

2.

Qarabağ

5

2

1

2

6:10

7

3.

PAOK

5

2

1

2

5:6

7

4.

Slovan

5

1

1

3

7:10

4

 

Daha sonra isə, “Qəbələ” Almaniyada “Maynts”la üz-üzə gələcək. Görüş hər iki komanda üçün formal xarakter daşıyacaq.

 

C qrupu

22:00. “Maynts” (Almaniya) – “Qəbələ”

Baş hakim: Simon Li Evans

Baş hakimin köməkçiləri: Qaret Uin Cons, Luis Ross Edvards

Əlavə köməkçi hakimlər: Brayn Markam-Cons, Nik Pratt

Dördüncü hakim: Daniel Bekkett (hamısı Uels)

Hakim-inspektor: Are Habiş (Estoniya)

UEFA nümayəndəsi: İmon Nauqton (İrlandiya)

Maynts. “Maynts Arena” stadionu

 

 

Anderlext

5

3

2

0

14:5

11

 

Sent-Etyen

5

2

3

0

5:3

9

 

Maynts

5

1

3

1

6:10

6

 

Qəbələ

5

0

0

5

5:12

0

 

1news.az

Paylaş:
885

Son xəbərlər

Bütün xəbərlər