MMA döyüşçümüz ermənini məğlub edərək dünya çempionu olub – FOTO | 1news.az | Xəbərlər
İdman

MMA döyüşçümüz ermənini məğlub edərək dünya çempionu olub – FOTO

13:43 - 09 / 12 / 2016
MMA döyüşçümüz ermənini məğlub edərək dünya çempionu olub – FOTO

Ukraynanın Xarkov şəhərində keçirilən MMA üzrə dünya çempionatı keçirilib.

1news.az-ın məlumatına görə, ölkəmizi 70 kq çəki dərəcəsində mübarizə aparan Şahin Ramazanov təmsil edib.

Ş.Ramazanov ilk qarşılaşmasında Rusiyada yaşayan ermənini 30 saniyəyə məğlub edib. Bundan sonra Ukrayna döyüşçüsünü də üstələyən təmsilçimiz finala vəsiqə qazanıb.

İdmançımız həlledici görüşdə liviyalı ilə qarşılaşmalı olsa da, rəqib döyüşə çıxmaqdan imtina edib. Nəticədə Şahin qalib elan olunub.

1news.az

Paylaş:
1060

Son xəbərlər

Bütün xəbərlər