Azərbaycan UEFA reytinqində gerilədi | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan UEFA reytinqində gerilədi

17:33 - 09 / 12 / 2016
Azərbaycan UEFA reytinqində gerilədi

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

1news.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin son turunun oyunlarından  sonra siyahıda müəyyən dəyişikliklər olub.

Belə ki, “Qarabağ”ın evdə “Fiorentina”ya 1:2, “Qəbələ”nin səfərdə “Maynts”a 0:2 hesabı ilə uduzması mövqeyimizə mənfi təsir göstərib.

Azərbaycan 17.750 xalla 1 pillə geriləyərək 26-cı pillədə yer alıb.

Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 98.284 xal. Almaniya (76.498) ikinci, İngiltərə (72,391) üçüncü pillədə yer alıb.

1news.az

Paylaş:
758

Son xəbərlər

Bütün xəbərlər