Mingəçevirdə futzal turnirində oyunçulardan biri ölüb
Mingəçevirdə keçirilən futzal yarışında ölüm hadisəsi baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris İdman Mərkəzində qeydə alınıb.
Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyi münasibətilə keçirilən futzal yarışı zamanı oyunçulardan biri qəflətən dünyasını dəyişib.
Məlumata görə, Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında təşkil edilən futzal yarışında bu gün “Gəncə Gömrük” komandası ilə “Bakı Terminal Gömrük Xidməti”nin komandası qarşılaşıb. Oyunun ikinci hissəsinin əvvəlində “Gəncə Gömrük” komandasının futbolçusu Şəhriyar Əliyev qəflətən huşunu itirərək yerə yıxılıb. Həkimlərin tibbi yardımına baxmayaraq, Şəhriyar Əliyev oyun zalında dünyasını dəyişib.
Ölüm hadisəsinə görə oyun təxirə salınıb. Onun hansı səbəbdən dünyasını dəyişdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
1news.az