Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atıldı | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atıldı

15:30 - 12 / 12 / 2016
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atıldı

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

1news.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Avropanın 16 ən güclü komandası 8 cütlük təşkil edib.

Klublar qrup mərhələsində tutduğu yerlərə görə səbətlərə bölünüb və qrup qalibləri  ikinci yer sahiblərinə rəqib olub.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 2017-ci il fevralın 14-15 və 21-22-i, cavab oyunları isə martın 7-8 və 14-15-də keçiriləcək.

 

Çempionlar Liqası

1/8 final

“Mançester Siti” (İngiltərə) - “Monako” (Fransa)

“Real” (İspaniya) - “Napoli” (İtaliya)

“Benfika” (Portuqaliya) - “Borussiya” (Dortmund, Almaniya)

“Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə)

“Porto” (Portuqaliya) - “Yuventus” (İtaliya)

“Bayer” (Almaniya) - “Atletiko” (İspaniya)

PSJ (Fransa) - “Barselona” (İspaniya)

“Lester” (İngiltərə) - “Sevilya” (İspaniya)

1news.az

Paylaş:
770

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər