Avropa Liqasında püşk atıldı - Oyunların siyahısı | 1news.az | Xəbərlər
Futbol

Avropa Liqasında püşk atıldı - Oyunların siyahısı

16:55 - 12 / 12 / 2016
Avropa Liqasında püşk atıldı - Oyunların siyahısı

Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb.

1news.az xəbər verir ki, püşkatmada azərbaycanlı futbolsevərləri yaxından maraqlandıran məqam Türkiyə klublarının rəqibləri idi.

Püşkatma nəticəsində “Beşiktaş” “Hapoel”lə (Beyer-Şeva, İsrail), “Osmanlıspor” “Olimpiakos”la (Yunanıstan), “Fənərbaxça” isə “”Krasnodar”la (Rusiya) rəqib olub.

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları 2017-ci il fevralın 16-da, cavab qarşılaşmaları isə 23-də baş tutacaq. Səpələnmiş komandalar ilk oyunu səfərdə keçirəcək.

1/16 final

“Atletik” (İspaniya) - APOEL (Kipr)

“Legiya” (Polşa) - “Ayaks” (Hollandiya)

“Anderlext” (Belçika) - “Zenit” (Rusiya)

“Astra” (Rumıniya) - “Genk” (Belçika)

“Mançester Yunayted” (İngiltərə) - “Sent-Etyen” (Fransa)

“Vilyarreal” (İspaniya) - “Roma” (İtaliya)

“Ludoqorets” (Bolqarıstan) - “Kopenhagen” (Danimarka)

“Selta” (İspaniya) - “Şaxtyor” (Ukrayna)

“Olimpiakos” (Yunanıstan) - “Osmanlıspor” (Türkiyə)

“Gent” (Belçika) - “Tottenhem” (İngiltərə)

“Rostov” (Rusiya) - “Sparta” (Çexiya)

“Krasnodar” (Rusiya) - “Fənərbaxça” (Türkiyə)

“Borussiya” (M, Almaniya) - “Fiorentina” (İtaliya)

“Alkmaar” (Hollandiya) - “Lion” (Fransa)

“Hapoel” (Beyer-Şeva, İsrail) - “Beşiktaş” (Türkiyə)

PAOK (Yunanıstan) - “Şalke” (Almaniya)

1news.az

Paylaş:
737

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər