Kamran və Eminin komandası belə məğlub oldu – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Kamran və Eminin komandası belə məğlub oldu – VİDEO

10:11 - 12 / 12 / 2016
Kamran və Eminin komandası belə məğlub oldu – VİDEO

Portuqaliya çempionatının 13-cü turunun oyunları keçirilib. 

1news.az-ın məlumatına görə, millimizin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” doğma meydanda “Gimaraynş”ı qəbul edib. Görüş həmyerlilərimizin komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Kamran meydana start heyətində çıxıb. Emin isə 70-ci dəqiqədə Karrakanın əvəzinə oyuna qoşulub. 

Qeyd edək ki, aktivində 13 xalı olan “Boavişta” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

1news.az

Paylaş:
678

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər