Polislərdən intiqam andı - VİDEO
Dekabrın 10-da Türkiyədə baş verən terror hadisəsindən sonar terrorçulara qarşı geniş əməliyyat tədbirlərinə start verilib.
1news.az xəbər verir ki, 41 nəfərin şəhid olduğu, 152 nəfərin də yaralandığı hadisədə ən ağır zərbə polislərə dəyib.
Çünki şəhid olanlar arasında 33 polis əməkdaşı var.
Hadisədən sonra istər sosial mediada, istərsə də müxtəlif idman oyunları və digər tədbirlərdə polislərə dəstək nümayiş etdirilib və xalq onların yanında olduğunu ifadə edib.
Bir qrup polis isə şəhid olan həmkarlarının qanının yerdə qalmayacağını, terrorçulara layiqincə cavab veriləcəyini ifadə ediblər. Onlar intiqam andı içərək videonu sosial mediada paylaşıblar.
Həmin görüntünü təqdim edirik:
Fərid Ədalət
2595