Bu hadisə dünya futbolu tarixində ilk dəfə baş verdi - VİDEO
Klublararası Dünya Çempionatınının yarımfinal mərhələsinin "Kaşima Antlers" (Yaponiya) - "Atletiko Nasional" (Kolumbiya) matçı tarixə keçib.
1news.az xəbər verir ki, bu matçda FİFA-nın yeni VAR (Video Assistant Referee), yəni hakimin video köməkçisi sistemi işə düşüb.
Oyun epizodlarının birində “Kaşima”nın futbolçusu Daiqo Nişi cərimə meydançası daxilində rəqib futbolçu Orlando Berrio tərəfindən yerə düşürülüb. Matçın hakimi Viktor Kaşşai qərarsız qaldığı üçün VAR-dan istifadə edib və “Atletiko Nasional”ın qapısına penalti təyin edib.
Bununla da dünya futbolu tarixində hakim ilk dəfə videogörüntünün köməyindən istifadə edib.
Qeyd edək ki, görüş “Kaşima Antlers”in 3-0 hesablı qələbə ilə başa çatıb. Bu klubun finaldakı rəqibi Meksika təmsilçisi “Klub Amerika” və İspaniya təmsilçisi “Real Madrid” arasında baş tutacaq oyundan sonra məlum olacaq.
Fərid Ədalət